İrandan Rusiyaya kütləvi axın: Səbəb nədir?

0
57

2024-cü ilin birinci yarısında İrandan Rusiyaya turist axını artıb.

Bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov İranın iqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzi ilə görüşündə açıqlayıb.

2024-cü ilin ilk altı ayının nəticələrinə görə, İrandan gələn qonaqların sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28 faiz artıb. Ümumilikdə iranlı turistlərin sayı 18 min olub. Eyni zamanda, qarşılıqlı turist axını 26 min səfər təşkil edib.

“İran Rusiyanın ən perspektivli turizm tərəfdaşlarından biridir. Keçən il qarşılıqlı turist axını 52 faiz artaraq pandemiyadan əvvəlki səviyyəni keçib”, – Reşetnikov qeyd edib.