Lukaşenko yenə nüvə ilə hədələdi: Minsk bu ssenariyə hazırlaşır

0
75

Belarusa hücum nüvə silahından istifadəyə gətirib çıxaracaq.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

“Rusiya və Belarusa hücum olarsa, biz nüvə silahından istifadə edəcəyik”, – Lukaşenko hədələyib.

O, münaqişənin kəskinləşməsinin Rusiyanın bütün hərbi arsenalından istifadə etməsinə gətirib çıxaracağını, bunun da Qərbin hazır olmadığı III Dünya Müharibəsinin başlamasına səbəb olacağını qeyd edib.

Lukaşenko Belarusun “qırmızı xəttini” belə ifadə edib: “Bu xəttə respublikanın dövlət sərhədləri boyunca keçir. Onu pozarlarsa, dərhal cavab verəcəyik. Minsk belə bir ssenariyə hazırlaşır”.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ölkənin nüvə doktrinasına kütləvi qırğın silahlarından istifadə səbəblərini genişləndirən dəyişikliklər təqdim edib. Məsələn, Rusiya münaqişədə nüvə gücləri tərəfindən dəstəklənsə, nüvə silahı olmayan ölkələrə qarşı nüvə silahından istifadə edə biləcək. Bundan əlavə, Rusiya öz təhlükəsizliyi üçün Belarus ərazisində rəsmən nüvə silahı yerləşdirir, ondan respublika vətəndaşlarını və rusları qorumaq üçün istifadə edə bilər.