Paşinyan qapalı görüşdə Ərdoğandan Bakı ilə bağlı nələr istəyib? – DETALLAR

0
52

Nyu-Yorkda yerləşən “Türk Evi”ndə Ərdoğanla görüşə gedən Paşinyan istəyinə nail ola bilmədi. Rəsmi İrəvanın görüşlə bağlı yaydığı rəsmi açıqlamada Paşinyanın Ərdoğana nə dediyi və nələr istədiyi öz əksini tapır:

– “İlkin şərt” olmadan (Bakının maraqları nəzərə alınmadan) münasibətlərə təkan vermək istəyini çatdırıb;
– Azərbaycanla sülh sazişi imzalamağa hazır olduqlarını deyib: söhbət Bakının tələb etdiyi və hələ müzakirə mərhələsində olan bəndləri kənara qoyaraq, sazişin razılaşdırılan bəndlər üzrə bağlanmasından gedir;
– Zəngəzur dəhlizinə qarşı olan “Sülhün kəsişməsi” layihəsi haqda məlumat verib;

Ermənistan belə görüşlərlə Türkiyənin mövqeyinə təsir etmək ümidini saxlayır. Lakin Ərdoğan Paşinyana Bakı ilə münasibətlərin normallaşması, sülh sazişinin imzalanması olduğu şərtini yenidən çatdırıb. Türkiyə mediasının qapalı görüşdəki müzakirələrə dair yaydığı məlumatlarda da bu məqam əksini tapır.

Türkiyə prezidenti BMT tribunasında çıxışında da bəyan edib ki, “Bakı və İrəvan arasında münasibətlərin normallaşması Türkiyə ilə Ermənistan arasındakı əlaqələrə də təsir edəcək”. Ərdoğanın BMT tribunasında bu haqda danışması Ankaranı Bakının maraqlarını nəzərə almadan İrəvanla danışıqlara getməyə məcbur edən qüvvələrə də açıq mesajdır.

“Türk Evi”ndə keçirilən görüşdə əsas diqqətçəkən məqamlardan biri isə Ərdoğanın Paşinyana “Daha ədalətli bir dünya mümkündür” adlı kitabını hədiyyə etməsi oldu. Belə demək mümkünsə, görüşdə Ankara-İrəvan xəttindən Bakını çıxarmaq istəyinə nail ola bilməyən Paşinyan “Türk Evi”ndən əliboş yola salınmadı.