Ev almaq istəyən aztəminatlı ailələrə ŞAD XƏBƏR

0
67

Türkiyədə aztəminatlı vətəndaşların ev sahibi ola bilməsi üçün “Mənzil hesabı” proqramı yenilənir. Ən azı 3 il müddətinə 50 faizə yaxın dövlət dəstəyi veriləcək.

Cəmiyyəti qənaətə sövq etməklə fərdi mənzil əldə etməni artırmaq istəyən hökumət “Mənzil hesabı” proqramını yeniləyir.

Bu çərçivədə xüsusilə aşağı büdcəli vətəndaşların ev almasına imkan verəcək şəkildə yenilənmə olacaq. Hesabın açılmasından etibarən vətəndaşın müəyyən etdiyi müəyyən aralıqlarla ediləcək ödənişlər sayəsində ən azı 3 il müddətinə təxminən 50 faiz dövlət dəstəyi təmin ediləcək. Mənzil hesabı bir şəxs üçün yalnız bir dəfə açıla bilər.

Yaşı 18-dən aşağı olan şəxslərə mənzil hesabı açıla bilməz. Fərdi pensiya sisteminə çox oxşar olacaq bu hesab maksimum 1 ev almaq üçün keçərli olacaq. Dollarlaşmanın qarşısını almaq və aztəminatlı vətəndaşların ev sahibi olmasını təmin etmək məqsədi daşıyan layihədə dollar, avro və ya qızıl kimi əmanət növlərindən istifadə etmək mümkün olmayacaq.

Kompakt şəkildə yaradılacaq sistem əvvəlcə dövlət banklarından başlayacaq, daha sonra bunu istəyən digər bankların iştirakı ilə davam edəcək. Mənzil Hesabı əmanət sistemindən əvvəlki dövrdə yalnız aylıq və rüblük ödəniş variantları təklif edilirdisə, yenilənmiş sistemdə vətəndaş bütün ödəniş sistemini özü müəyyən edə biləcək. Ancaq il ərzində 4 dəfədən az pul daxil edilə bilməz.

Dövlət dəstəyindən yararlanmaq istəyən vətəndaşlar pullarını ən azı 3 il “Mənzil Hesabı”nda saxlamalı olacaqlar. Lakin həmin şəxslər istədiyi vaxt dövlət töhfəsindən imtina edib, qoyduğu pulu geri ala biləcəklər.

İşlərin tamamlanmasının ardından “Mənzil hesabı” tətbiqi ilin sonuna qədər Rəsmi Qəzetdə dərc edilərək qüvvəyə minəcək.