Torpağı Vətənə çevirənlər

0
63

13 Sentyabr 2024-cü il bu gün Qəbələ rayon Mıxlıqovaq kəndində 2022-ci il sentyabr hadisələrində qəhrəmanlıq göstərən şəhid Babazadə Elşən Sahib oğlunun anım mərasimi keçirilib.

12 Sentyabr Qan yaddaşımız

2022 ci İl Sentyabrın 12-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Düşmən təxribatının qarşısını alarkən Azərbaycan ordusunun giziri Elşən Babazadə qəhrəmancasına şəhid olub.
O tarixdən 1 il ötsədə Elşən Babazadənin göstərdiyi şücaətlər, qəhrəmanlıqlar heç bir zaman unudulmayacaq.
Qəbələnin Mıxlıqovaq kəndində doğulan Elşən Babazadə uşaqlıqdan hərbiyə maraq göstərib. Yeniyetme yaşlarında anasını itirən Elşən atası və bacılarının himayəsində böyüyür.O, həqiqi hərbi xidmətini dənizçi kimi bitirib daha sonra 2020-ci ildən müddətdən artıq xidmət edib. Vətən sevgisi, torpaq sevgisi Elşənin düşmənə nifrətini dahada artırır və torpaqlarımızın azadlığı uğrunda canını qurban verir. 13 Sentyabr 2024-cü il Elşən Babazadənin şəhadətindən 2 il ötür, onun il dönümünü qeyd eləmək üçün məzarına ailə üzvləri, atası Sahib Babayev, bacıları Mehriban Mustafayeva və Çiçək Yusufova yaxın qohumları, döyüş yoldaşları, şəhid ailələri, qazilər, kənd sakinləri, ictimaiyyət nümayəndələri toplaşmışdırlar.
Öncə şəhidin ruhuna dualar oxunub daha sonra söz şəhidin atası Sahib Babayeva verilib o, öz çıxışında Elşənin qəhrəmanlığından söz açıb bir valideyn kimi onunla qürur duyduğunu bildirib daha sonra şəhid Elşən Babazadənin döyüş yoldaşları Elşəndən bəhs edib o, bildirib ki, Elşən heçnədən qorxmurdu o çox vətənpərvər biri idi.
Daha sonra şəhid ailələrinin üzvlərindən çıxış ediblər.

Elşən Babazadə göstərdiyi şücaətlərə görə ölümündən sonra Vətən uğrunda, Bayraq Ordeni, Zəngilan uğrunda, Vətən Müharibəsi iştirakçısı medalları və Azərbaycan ordeninə layiq görülmüşdür.

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri