Kipr bu ölkənin qoşunlarını bölgəyə gətirir: Türkiyə mühasirəyə alınacaq

0
72

Son bir ildə adadakı varlığını artıran Vaşinqton rəhbərliyinin Cənubi Kipr ilə hərbi əməkdaşlıq müqaviləsi imzalaması Türkiyədə narahatlıq doğurub.

Müdafiə sahəsində əməkdaşlıq müqaviləsi mövcud və mümkün beynəlxalq təhlükəsizlik narahatlıqlarına qarşı imzalanıb.

Müqavilənin Kipr Sülh Əməliyyatının 50-ci ildönümü ərəfəsində imzalanması da diqqət çəkib.

Ankara qeyd edir ki, bu razılaşma ilə ABŞ-ın bölgədəki hərbi gücü artır. Oktyabrın 7-də Qəzzada başlayan gərginliklə ABŞ Cənubi Kipr tərəfdəki bir çox bazaya hərbi eniş edib, bəzi bazalarda isə daimi yerləşib. 2022-ci ildə isə ABŞ Cənubi Kiprə tətbiq etdiyi 35 illik embarqonu ləğv edib və Yunanıstanla 4 bazadan istifadə üçün müqavilə imzalayıb.

Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayaraq, müqavilənin imzalanmasını qınayıb. Bəyanatda qeyd edilib ki, ABŞ hakimiyyətinin Kipr türk tərəfinin təhlükəsizliyinə qarşı atdığı bu addımlar, o cümlədən ötən ilin iyununda Cənubi Kipr ilə strateji dialoq elanı ABŞ-ın bu adaya qarşı neytral münasibətinə xələl gətirir və Kipr məsələsinin ədalətli, daimi və davamlı həllini çətinləşdirir. Bu kontekstdə, regional sabitliyə zərər verə biləcək siyasətlərin nəzərdən keçirilməli olduğunu düşünürük. Həmçinin Ankaranın Kipr türklərinin təhlükəsizliyinin və rifahının təminatına davam edəcəyi vurğulanıb.

Türkiyə mediası qeyd edib ki, “ABŞ və Kipr bu müqaviləni imzalamaqla bizi mühasirəyə alır”.