Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

0
47

Avqustun 28-də səhər saatlarında Merkuri, Mars, Yupiter, Uran, Neptun, Saturn və Ay Günəşin bir tərəfində düzüləcək.

Planetlərin şərti paradı səmada təxminən 160 dərəcəlik sektorda olacaq.

“Avqustun 28-də Merkuri, Mars, Yupiter, Uran, Neptun, Saturn və Ay səhər saatlarında səmada Günəşin bir tərəfində təxminən 160 dərəcəlik sektorda yerləşəcək”, – deyə məlumatda bildirilib.

Aydın havada parad iştirakçılarının bəzilərini adi gözlə, qalanlarını isə teleskopla görmək mümkün olacaq.