Arıqlamaq üçün istifadə olunan dərmanların fəsadları AÇIQLANDI

0
88

Əczaxanalarda arıqlamaq istəyən insanlara şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş dərmanlar tövsiyə edilir. Bu dərmanlar isə reseptsiz satılır.

Bəs şəkər xəstəsi olmayan şəxslərin belə dərmanlardan istifadə etməsi nə dərəcədə doğrudur?

Mütəxəssislər bildirirlər ki, bu dərmanların davamlı istifadəsi böyrəklərdə problemlərə və sümük əriməsinə səbəb ola bilər.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məsələ ilə bağlı bildirilib ki, bu dərmanların reseptsiz satışı qanun pozuntusudur:

“Apteklərdən dərman vasitələrinin əksəriyyəti resept əsasında buraxılmalıdır. Şəkərli diabet xəstəliyində istifadə olunan metformin-hidroklorid tərkibli dərman vasitələri də apteklərdən mütləq resept əsasında buraxılmalıdır. Qanun pozuntusu aşkarlandıqda inzibati tənbeh tədbirləri görülür”.