Xüsusi nəfəsalma üsulu şiddətli ağrıları yüngülləşdirə bilər?

0
41

20 dəqiqəlik tənəffüs seansı xərçəng ağrılarının və narahatlığının intensivliyini azalda bilər.

Bunu “BMJ Supportive & Palliative Care” jurnalında dərc olunan araşdırma göstərib.

Tədqiqatçılar müxtəlif növ xərçəngdən əziyyət çəkən 40 xəstəni iki qrupa ayırıblar. İştirakçıların orta yaşı 63 olub. Onların üçdə birində bağırsaq xərçəngi olub və 65%-i ağrıları idarə etmək üçün opioid dərmanlardan istifadə edib.

Birinci qrupa (21 xəstə) həkimin rəhbərliyi altında şüurlu tənəffüs seansı keçirilib. Xəstələrə əvvəlcə şüurluluq təcrübələrinin anlayışları və üsulları izah edilib və sonra 20 dəqiqəlik nəfəs alma seansı tamamlanıb.

İkinci qrup (19 xəstə) 20 dəqiqə ərzində onları fəal şəkildə dinləyən və xəstəliklə bağlı təcrübələri ilə bağlı suallar verən həkimlə danışıb.

Şüurlu tənəffüs qrupunda xüsusi sorğularla qiymətləndirilən ağrı və narahatlığın şiddəti əhəmiyyətli dərəcədə azalıb. Şüurlu tənəffüsün təsiri bütün xəstələrdə müşahidə edilib, heç bir mənfi reaksiya qeydə alınmayıb.