İstintaq prosesi başa çatdı: Rəisinin helikopteri buna görə qəzaya uğrayıb

0
33

İranın mərhum prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı istintaq prosesi başa çatıb.

Qəzanın bədbəxt hadisə nəticəsində baş verdiyi təsdiqlənib.

Məlumata görə, heç bir kənar müdaxilə olmayıb. Qəzanın səbəbi kimi hava şəraiti göstərilib.

Həmçinin Rəisiyə məxsus helikopterdə sərnişinlərin sayının normadan çox olduğu üçün lazımi yüksəkliyə qalxa bilmədiyi və dumanlı havada dağa çırpıldığı qeyd olunub.