Öldürdüyü milçək çinli kişinin gözünün çıxarılması ilə nəticələndi

0
87

Çində qəribə bir hadisə gündəm olub. Belə ki, öldürülmüş milçək yerli sakini gözündən məhrum edib.

Qeyri-adi hadisə Şençjen vilayətində baş verib.

Bildirilir ki, Vu soyadlı kişi üzünə qonan kiçik bir milçəyi əli ilə öldürüb. Bundan təxminən bir saat sonra onun sol gözü qızarıb, şişib. Çinli dərhal həkimə müraciət edib. Həkimlər ona “mövsümi konyunktivit” diaqnozu qoyub, damcı yazıb və evə göndəriblər.

Ancaq bir neçə gün sonra kişinin vəziyyəti daha da pisləşib. Bundan sonra o, böyük xəstəxanaya müraciət edir. Həmin vaxta qədər çinlinin gözü, demək olar ki, kor olub, gözün ətrafındakı sahə isə xoralarla örtülüb.

Xəstəxanada məlum olub ki, kişi üzündə drenaj milçəyini öldürüb, bununla da bakterial infeksiya yoluxub. Həkimlər infeksiyanın beyinə keçməməsi üçün xəstənin gözünü çıxarmaqdan başqa çarə tapa bilməyiblər. Əks halda bu, ölümlə nəticələnə bilərdi.

Qeyd edək ki, mütəxəssislər həşəratları bədəndə, xüsusən də üzdə öldürməməyi, sadəcə əl hərəkəti ilə qovmağı tövsiyə edirlər.