Ankara-Afina gərginliyi artır: Səfər təxirə salındı

0
57

Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın Afinaya bir günlük səfəri Egey və Aralıq dənizlərində yaşanan gərginlik səbəbi ilə ləğv edilib.

Əli Yerlikaya Yunanıstanın vətəndaşların müdafiəsi naziri Mixalis Xrisokoidis, gəmiçilik və adalar siyasəti naziri Kristos Stilianidis və miqrasiya naziri Nikos Panayiotopoulos ilə görüşəcəkdi. Görüşdə miqrasiya və təhlükəsizlik məsələləri müzakirə olunacaqdı.

Lakin Krit ilə Kipr arasında sualtı kabelləri araşdıran İtalyan gəmisi “İevoli Relume”nin yaratdığı gərginlik səfərin ləğvinə səbəb olub. Yunanıstanın “Kathimerini” qəzeti yazır ki, Türkiyə və Yunanıstan sahil mühafizə komandaları arasında bu yay planlaşdırılan tədbir də hazırda qeyri-müəyyəndir.

Ankara ilə Afina arasında son gərginlik ötən həftə Egey dənizinin cənubunda Krit və Rodos arasında yerləşən Kasos və Karpatos adaları yaxınlığında qeydə alınıb.

“Dəniz yurisdiksiyasını pozulması” səbəbi ilə bölgəyə hərbi gəmilərin göndərildiyi bildirilir.