Gənc işçilər kütləvi şəkildə istefa verirlər – Səbəbi budur

0
45

Çində gənc işçilər arasında yeni tendensiya müşahidə olunur. 

Ölkədə “9-9-6” kimi tanınan, həftənin 6 günü səhər saat 9-dan axşam 9-a qədər olan yorucu iş səbəbindən bir çox ofis əməkdaşları istefa verirlər. Onlar işlərini tərk edərək fiziki güc tələb edən peşələrə üz tuturlar. Şirkətlərdəki gərgin iş tempi və təzyiq mühitindən sıxılan gənclər ev təmizləmək, ev heyvanlarına baxmaq kimi işlərə keçdikdə daha xoşbəxt olduqlarını deyirlər.

Vuhan şəhərində yaşayan 27 yaşlı Leon Li də bu gənclərdən biridir.

O bu barədə ABŞ-ın “CNN” telekanalına danışıb:

“İcra köməkçisi idim. Ordan çıxıb evləri təmizləməyə başladım. Özümü daha sağlam hiss edirəm. Artıq başım gicəllənmir, daha az təzyiq hiss edirəm və hər gün enerji ilə doluyam”.

Ofis işindən çıxan digər gənc isə illik maaşı 95 min dollardan çox olan 30 yaşlı Alice Vangdır. O e-ticarət şirkətindəki işindən istefa verib və ev heyvanlarına qulluq biznesinə başlayıb.

Vang əvvəlki işində özünü fiziki olaraq çox yorğun və durğun hiss etdiyini deyib:

“İndi özümü fərqli hiss edirəm. Bu iş mənim üçün daha rahatdır”.