Türkiyədə DƏHŞƏT YAŞANIR: yanğın yaşayış məntəqələrinə və hava limanına çatdı

0
74

Türkiyədə güclü külək nəticəsində alovlanan meşə yanğını yaşayış məntəqələrinə çatıb və onu söndürmək üçün təyyarə və helikopterlər cəlb edilir.

Bu barədə “A Haber” telekanalı məlumat yayıb.

Məlumata görə, yanğın İzmir vilayətinin Qaziemir və Buca rayonlarında günorta saatlarında başlayıb.

“Meşə yanğınının söndürülməsi davam edir. Zəfər rayonunda meşə sahəsində baş vermiş yanğının söndürülməsi üçün 7 təyyarə, 16 helikopter, 35 yerüstü texnika, 11 su maşını, 4 buldozer, 4 yerüstü briqada və çoxlu sayda yanğınsöndürən çalışır” – məkumtda deyilir.

Ərazidə gecə görmə qabiliyyətinə malik iki helikopter var. Hazırda yanğın küləyin təsiri ilə bir neçə metr hündürlükdə yayılaraq yaşayış məntəqələrini əhatə edir.

Yanğın beynəlxalq hava limanının fəaliyyətində problemlər yaradıb.