Azərbaycan gənc komandası Dubayda keçirilən beynəlxalq olimpiadada dünya birincisi oldu

0
117

22-26 iyun tarixində Dubay şəhərində FİSO olimpiadasının global mərhələsi təşkil olunub. 

Yenimedia.net portali xəbər verir ki, dünya ölkələrindən 600 qədər iştirakçı qalib adı uğurunda mübarizə aparıb. 

Ölkəmiz böyük komanda ilə olimpiadada təmsil olunub. “Global Olympiad Center” təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlər İngilis dili, Riyaziyyat, Məntiq, Fizika, Biologiya, Kimya fənləri üzrə biliklərini nümayiş etdiriblər. 

Komanda hesabında dünya birinciliyini əldə edən millimizin tərkibində çıxış edən şagirlərimizdən 6 nəfər dünya biricisi, 7 nəfər dünya ikincisi, 12 nəfər isə dünya üçüncüsü adını qazanıb. Eyni zamanda xüsusi  mükafatlar əldə ediblər.

Qaliblər sırasında Beynelxalq tehsil kompleksi 4-cu sinif Esra Dadaşova da var. Balaca intellektualımız dünyanın 19 ölkəsindən gələn həmyaşıdlarının qabaqlayaraq ikinci yeri tutub.

Qeyd edək ki, tanınmış turizm eksperti Rəhman Quliyevin oğlu İsmayıl Quliyev də olimpiadada gümüş medal qazanıb.