Bu gün Qəbələ rayon Şəfili kənd şəhidi Azər Çingiz oğlunun mövludu oldu

0
148

Tədbirdə din xadimləri, şəhid ailələri, yazarlar,kənd sakinləri iştirak etmişdi.
Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur

Şəhidin qəhrəmanılgından danışılmış, ailəsinə başsağlığı vermişdilər.

Tədbir ata ocağında çay süfrəsi arxasında davam etmişdir

Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri də Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu Azər Çingiz oğlu Musazadə olub.
Azər Musazadə 25 iyun 1998-ci ildə Qəbələ rayonunun Şəfili kəndində anadan olub. 2004-cü ildə elə həmin kənddəki məktəbin birinci sinfinə gedib, 5-ci sinifdən isə orta təhsilini şəhid Elbrus Məmmədov adına Çarxana kənd orta məktəbində davam etdirib. 2015-ci ildə 11-ci sinfi bitirib və AzTU-ya daxil olub. 2019-cu ildə isə ali təhsilini Elektroenergetika mühəndisliyi ixtisası üzrə bitirib.
Azər 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə yollanır. O, 2020-ci ilin iyul ayında ordudan tərxis olunur. 2020-ci il sentyabr ayının 27-də düşmən tərəfindən törədilən təxribata cavab olaraq Azər də bütün igid oğullarımız kimi Vətənin harayına ilk səs verənlərdən olur. O, elə Vətən müharibəsinin ilk günlərindən – sentyabrın 29-dan etibarən döyüşlərə atılır.
Oktyabr ayının 11-də doğmaları ilə sonuncu dəfə telefon əlaqəsi saxlayan Azər Suqovuşanın azad olunmasında iştirak edir, sonra isə döyüş yoldaşları ilə birlikdə Ağdərə istiqamətində hucuma keçir. Oktyabr ayının 13-dən 14-ə keçən gecə mühasirəyə düşərək şəhid olur. Qəhrəman şəhidimiz noyabrın 30-da Qəbələ rayonu Şəfili kənd məzarlığında dəfn olunur.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azər Çingiz oğlu Musazadə ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Təranə Alməmmədova

Xarıbülbül Ədəbi Məclisinin, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ regional nümayəndəliyinin rəhbəri