Bu şəhərdə istilər nəticəsində son 24 saatda 14 nəfər öldü

0
94

Pakistanın Kəraçi şəhərində son 24 saatda artan istilər nəticəsində 14 nəfər ölüb.

Şəhərdə havanın temperaturu 45 dərəcəni keçib. Hətta bəzi bölgələrdə temperatur 53 dərəcəyə çatıb.

İstilər nəticəsində ölənlərin əksəriyyəti 25-45 yaş aralığındadır. Səlahiyyətlilər insanlara vacib hallar istisna olmaqla, evlərini tərk etməmələri, bol maye içmələri və səyahət etməmələri barədə xəbərdarlıq ediblər.

Pakistan Meteorologiya Departamenti (PMD) bu gün Kəraçinin şimal-qərbindən əsəcək isti küləklərlə temperaturun daha da arta biləcəyini bildirib.