Rusiyadan Ermənistana uçan təyyarəni ildırım vurdu

0
43

Rusiyanın Samara vilayətindən Ermənistana uçan “Airbus A319” təyyarəsini ildırım vurub.

Bu barədə məlumat “Telegram” kanallarında yayılıb.

Erməni mediası isə təyyarənin Mahaçqala səması üzərindən uçarkən hadisənin baş verdiyini yazıb.

İldırım cihazlara ziyan vurmadığından uçuş davam etdirilib. Təyyarə təyinat məntəqəsinə insidentsiz çatıb.