Beynimiz 10 dəfə çox məlumat saxlamağa qadirdir

0
50

Aparılan yeni araşdırmalara görə, insan beyninin əvvəllər düşünüldüyündən təxminən, 10 dəfə çox məlumat saxlaya biləcəyi təsdiqini tapıb.

Kompüterlər kimi, beynin yaddaş tutumu da “bitlərlə” ölçülür və onun saxlaya biləcəyi bitlərin sayı sinapslar kimi tanınan neyronlar arasındakı əlaqələrdən asılıdır.

Tarixən elm adamları hesab ediblər ki, sinapslar ölçü və güc baxımından məhduddur, bu isə öz növbəsində beynin məlumat saxlamaq qabiliyyətini məhdudlaşdırır.

Bu nəzəriyyə son illər daha çox təkzib edilir və yeni tədqiqatlar beynin əvvəlkindən təxminən, 10 dəfə artıq informasiya saxlamaq qabiliyyətində olduğu fikrini dəstəkləyir.

Alimlər yeni araşdırmada siçovulun beyninin bir hissəsindəki neyronlar arasındakı əlaqələrin gücünü qiymətləndirmək üçün yüksək dəqiqlikli üsul hazırlayıblar. Bu sinapslar öyrənmə və yaddaşın əsasını təşkil edir, çünki beyin hüceyrələri bu nöqtələrdə qarşılıqlı əlaqədə olur və bu yolla məlumat saxlayır, mübadilə aparır.

Sinapsların necə gücləndiyini və zəiflədiyini daha yaxşı başa düşərək, elm adamları bu əlaqələrin saxlaya biləcəyi məlumatın miqdarını daha dəqiq müəyyən ediblər.

“Neural Computation” jurnalında dərc edilən təhlil bu yeni metodun təkcə öyrənmə anlayışımızı deyil, həm də yaşlanma və beyindəki əlaqələri məhv edən xəstəlikləri necə yaxşılaşdıra biləcəyini üzə çıxarıb.

İnsan beynindəki neyronlar arasında 100 trilyondan çox sinaps var. Bu sinapslar beyin boyunca məlumat ötürülməsini asanlaşdıran kimyəvi maddələr mübadiləsini tənzimləyir. Sinapsların “gücləndirilməsi” bizə yeni məlumatları saxlamağa imkan verir. Ümumiyyətlə, sinapslar, onları təşkil edən neyronların nə qədər aktiv olmasından asılı olaraq güclənir və ya zəifləyir, bu fenomen sinaptik plastiklik adlanır.