Putin rəsmən elan etdi: Xarkovu almaq planımız yoxdur!

0
118

“Ukraynanın Xarkov vilayətini ələ keçirmək kimi planımız yoxdur”.

Bunu Rusiya prezidenti Vladimir Putin Çinin Harbin şəhərində jurnalistlərlə görüşdə Xarkov vilayəti ilə bağlı planları barədə suala cavabında deyib.

Putin Rusiyanın bu gündən etibarən Xarkov vilayətini ələ keçirmək planının olmadığını vurğulayıb.

O, rus qoşunlarının Xarkov əməliyyatının məqsədlərini açıqlayıb. Putinin sözlərinə görə, bu, Rusiya regionlarının atəşə tutulmasına cavab olaraq bufer zonası yaratmaq cəhdidir: “Bu, həm də onların günahıdır (Ukrayna hakimiyyəti – red.). Onlar təəssüf ki, Belqorod da daxil olmaqla, sərhədyanı ərazilərin yaşayış məntəqələrini atəşə tutmağa davam edirlər. Orada dinc sakinlər ölür. Mən isə açıq şəkildə dedim ki, belə davam etsə, təhlükəsizlik zonası, bufer zona yaratmağa məcbur olacağıq. Biz bunu edirik”.