Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının 2024-cü il aprelin 19-da keçirilən iclasında 30 ildir işğal altında olan dörd kəndin Azərbaycana qaytarılması və delimitasiya işlərinin davam etdirilməsi ilə bağlı əldə olunan razılaşmanı alqışlayırıq”.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılaşma ilə bağlı verdiyi açıqlamada bildirilib.
“Birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət irəliləyiş yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addımdır”, – deyə nazirliyin açıqlamasında vurğulanıb.
Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.