Əfv sərəncamı kimlərə şamil olunacaq? – VİDEO

0
149

“Aprel ayının 3-də Prezident Yanında Əfv Məsələləri Komissiyası öz iclasına başladı. İlk iclasda 100-dən artıq müraciətə baxıldı. Müvafiq rəylərin hazırlanması barədə qərarlar qəbul edildi”.

Bunu Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

“Əfvdən kənarda hər hansı bir şəxs qalmır. İstənilən məhkum müraciət etdikdə onun əfvə düşmə ehtimalı var. Amma hər şeydən əvvəl bir sıra meyarlar var ki, bir qayda olaraq onlara əməl edilir.

Söhbət edilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi, şəxsin əvvəllər cinayət edib-etməməsi məsələsi, zərərçəkmişin mövqeyi, dəymiş ziyanın ödənilməsi, ailə vəziyyəti və s. kimi amillərdən gedir. Bütün bunlar rəylərin hazırlanması zamanı diqqətə alınır”, – o bildirib.

Daha ətraflı “Baku” TV-nin süjetində: