Kişilər hansı halda 5 il tez pensiyaya çıxacaq? – AÇIQLAMA

0
154

“Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklik özündə üç niyyəti ehtiva edir. Birinci valideyin himayəsindən məhrum olmuş və yaxud valideynlərin vəfat etmiş uşaqların ailələrə, qəyyumluğa götürülməsini stimullaşdırır, ikinci bu sahədə pensiya təminatının elektronlaşdırılmasına təminat yaradır. Üçüncü istiqamət isə atalara uşaqlara görə 5 il tez pensiyaya çıxmaq imkanı yaradır.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, mövcud qanuna görə, əgər ailədə himayəyə götürülən uşaqlarla birlikdə beş və daha çox uşaq varsa, o halda ana 5 il tez pensiyaya çıxır.

“Əgər ana vəfat edirsə və yaxud analıq hüququndan məhrum edilirsə, bu hüquq ataya keçir, amma bir şərtlə, əgər ata təkrar rəsmi nikaha girmirsə, uşaqları təkbaşına böyüdürsə, pensiyaya 5 il tez çıxmaq hüququ yaranır.

Qanuna edilən dəyişikliyə əsasən, atanın təkrar nikaha girib-girməməsindən asılı olmayaraq, ona bu hüquq verilir. Bu da kifayət qədər humanist dəyişiklikdir. Əgər ata yoldaşını itirirsə, uşaqları təkbaşına böyütmək məcburiyyətində qalmır və ikinci nikaha girə bilər”, – deyə M.Quliyev əlavə edib.

Qeyd edək ki, dəyişikliklər Milli Məclisin martın 29-da keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.