Paylaşım arzusu

0
221

Qəlbindəkiləri paylaşmadan yaşamaq çox çətindir. Amma belə yaşayanlar da var.
Əslində insanı özü kimi anlayan insan çox azdır. Qəlbmizdəkilər yalnız özümüzə məxsusdur. Bunu bildiklərimizlə səhv salmayaq. Bildiyimiz məlum amalların belə bir çoxu paylaşmaq üçün deyil, bir çox yaşam problemlərimizi həll etmək və bir çox addımların atılmasında yardım üçündür.
Qəlbimizin dərinliyindəki duyğuları anlamaq bəzən özümüzə də çətin gəlir. Zaman ötdükcə buna alışırıq, öyrənirik, ömür ritminin dəyişməsində və istiqamətində uyğunsuzluqların ağlımızın və ürəyimizin birgə istiqamət tapdığı zamanda anlamlı mövqeyə qovuşuruq. Bu zaman da bu mövqe fərqli anlaşma xarakteri daşıyır. Həyat addımlarımızın düzgün istiqamətləndirilməsində bəzən susmaq, bəzən də paylaşmaq ehtiyacı olur. Duyğuları anlatmaq üçün isə həyat təcrübəsinə ehtiyac var. Kiçik bir uşaq da bundan yararlanır, böyüklər də. Bunlarn düzgün və səhv olmağından söhbət getmir.
Söhbət duyğuların yaranmasının mənbələrindən və paylaşılmasının çətinliklərindən gedir.
Bizə nə qədər nəsihət versələr də, həyat təcrübəsi də bu yolda əsas piqment təşkil edir.
Nəsihətlət çox zaman həyat təcrübəsində xatırlanır.
Təəssüf ki, bir çoxlarımıza bir çox eşitdikləri, oxuduqları yaşantıların gerçəkləşdiyi zaman anlaşılır və bu zaman artıq cavaba hazır olmuruq.
Aydın məsələdir ki, öyrəndiklərimiz həmçinin ətrafımızdakıların mənəvi durumundan asılı olur. Tez təsir altına düşənlərin ətrafındakılarının təmiz qəlbli, aydın düşüncəli, ağıllı fikirlərə və əməllərə sahib olmasını arzu edirəm.
Yüksək iradə, ağıl və səbir sahibi olan dözümlü insanlar ətraf mühitini özü də seçə bilər.
Bu şansı olanların da hamısı müsbət insanlara aid deyil.
Yaşam dünyası fərqli xislətlərlə doludur; alimi var, fəhləsi var, oğrusu var, qulduru var, dilənçisi var, yüksək vəzifə, ticarət, əmlak sahibi olanlar var və bunlarln hər biri də ümumi anlama sığmır. Onlar da fərqli qruplara ayrılır. Onların hər birilərinin aralarında mübahisələr olur. Amma hər biri də öz əməlinin bəhrəsini dadır. Paylaşımlara fikir bildirmək istərkən mən də fikirlərimi paylaşdım.
Ümumiyyətlə, hər hansı məsələ barədə fikirləşərkən həyatımızın saysız durumları göz önünə gəlir. Diqqəti yayındırmamaq nə qədər çətin olsa da, hər addımımızın bir-biri ilə bağlı olmasından, fərqli ünsürlərin oxşar mövqelərinin müəyyənləşdirilməsindən həmin məsələnin həlli istiqamətində olan mövqeyə qovuşmalıyıq.
Və o zaman artıq inandıqlarımızı paylaşmaq o qədər də çətin olmur.
Səni anlamayanlar olsa belə, sən həm öz borcunu yerinə yetirmiş olursan, həm də qəlbinin paylaşım arzusunu reallaşdırırsan.
Çox arzu edərdim ki, bu paylaşımlar hamı üçün xeyirli olsun.

Sənubər