BMT tarixin ən isti ilini açıqladı

0
94

Ümumdünya Meteorologiya Təşkilatının (WMO) dərc etdiyi hesabata əsasən, 2023-cü il BMT müşahidələri tarixində ən isti il olub.

BMT-nin Baş katibi Antonio Quterreş hesabatı şərh edərkən, “bəzi göstəricilərin təkcə ən yüksək deyil, çox yüksək olduğunu, iqlim dəyişikliyinin getdikcə daha sürətlə baş verdiyini” qeyd edib.

Onun sözlərinə görə, qlobal istiləşmənin nəticələri “kəskin, qəddar və ölümcül güclə böyüyür”.

WMO-nun hesabatına görə, 2023-cü ildə karbon qazı emissiyaları, Yer səthinin temperaturu, okeanların temperaturunun yüksəlməsi və buzlaqların əriməsi rekordları qırılıb.

Təşkilat əlavə edib ki, istilik, daşqınlar, quraqlıq, nəzarətsiz meşə yanğınları və güclənən tropik siklonlar milyonlarla insanın həyatına təsir edən və milyardlarla dollarlıq iqtisadi ziyana səbəb olan “xarabalıq və fəlakətlər” yaradır.