Ermənistan bu əraziləri Azərbaycana qaytarmaq niyyətindədir – Sarkisyan DETALLARI AÇDI

0
164

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətində yerli sakinlərlə görüşü zamanı kəndlərin Azərbaycana qaytarılmasının zəruriliyini bəyan edib. 

Bu barədə erməni jurnalist Voskan Sarkisyan öz “Facebook” səhifəsində yazıb.

Jurnalistin sözlərinə görə, martın 18-də Paşinyan Voskepar Mədəniyyət Evində Voskepar, Bağanis və Voskevan kəndlərinin sakinləri ilə görüşüb. Baş naziri soyuq, hətta dostcasına qarşılayıblar.

“Paşinyan zala daxil olanda orada olanların yarısı ayağa qalxmadı”, – Sarkisyan yazıb.

O, həmçinin bildirib ki, Paşinyan sakinlərə Tavuş vilayətinin yaşayış məntəqələrinin Bakının xeyrinə verilməsinin vacibliyini deyib.

“Baş nazir qeyd edib ki, əks halda Türkiyənin Azərbaycanın tərəfini tutacağı müharibə başlayacaq”, – Sarkisyan qeyd edib.