BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplanır

0
112

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclası çağırılıb.

Bu barədə “RİA Novosti” mənbəyə istinadla məlumat yayıb.

İclas cümə günü saat 15:00-da elan edilib. Görüş Kiyev tərəfindən Rusiyanın Odessadakı hədəflərə son zərbələri ilə bağlı tələb olunub. Xüsusilə, Ukrayna hakimiyyəti BMT-nin baş katibi Antonio Quterreşdən məruzə ilə çıxış etməyi xahiş edir.

Bundan əvvəl Rusiya BMT Təhlükəsizlik Şurasının Minsk razılaşmaları mövzusunda iclasının onların imzalanmasının ildönümündə – fevralın 12-də keçirilməsini xahiş etmişdi.