Stadiona “saqqal”la girən qızlar azad edildilər

0
550


Bir həftə əvvəl qrim edərək kişi şəklində Tehranın “Azadlı” stadionuna daxil olduqları üçün həbs edilən “Azadlıq qızları”ndan 4-ü azadlığa buraxılıb.
Zəhra Xoşnəvaz, Leyli Məleki, Hədiyyə Mərvəsi və Furuq Əlayidir adlı xanım azarkeşlər girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıblar.
Qərçək zindanında saxlandıqları müddətdə psixi təzyiqə məruz qalan qızların həm də təhdid edildiyi bildirilir. Onların səhhəti barədə hər hansı bir məlumat yayılmayıb.
Həmin vaxt həbs edildiyi bildirilən daha iki qızın taleyi bəlli deyil.