Azərbaycanda neçə erməni terrorçu saxlanılır? – İrəvan açıqladı

0
107

Hazırda Azərbaycanda 25 erməni əsirin olduğu etibarlı şəkildə məlumdur. 

Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.

“Əsirlərlə bağlı danışıqlar davam edir. Hazırda, səhv etmirəmsə, 25 məhbusla bağlı məlumat təsdiqlənib. Bir nəfər az və ya çox ola bilər”, – Simonyan deyib.

Simonyan vurğulayıb ki, əsirlər mövzusu həmişə açıq müzakirə olunmur, lakin danışıqlar davam edir. Bunu bir qrup məhbusun qaytarılması ilə bağlı son böyük aksiya sübut edir. O, məmurların görüşlərində məhbusların azadlığa buraxılması məsələsinin daim prioritet məsələlər sırasında olduğuna və bütün mümkün tədbirlərin görüləcəyinə əminliyini ifadə edib.