Yunan professordan İstanbulla bağlı dəhşətli PROQNOZ

0
133

Yunan professor Eftimios Lekkas İstanbulda zəlzələlərlə bağlı xəbərdarlıq edib.
O, bu barədə Yunanıstan Radio Televiziyasına (ERT) danışıb.

Professor İstanbulda baş verməsi gözlənilən böyük zəlzələ ilə bağlı türk seysmoloqların proqnozlarının artıq dünyanın hər yerindən gələn proqnozlarla üst-üstə düşdüyünü vurğulayıb.

Keçən il Antakya və ətraf ərazilərdə yeni tikilən binalarda baş verənləri yada salan Lekkas, İstanbul hava limanına doğru uzanan binaların da təhlükəli olduğunu bildirib. O, Ayasofya məscidinin də təhlükədə olduğunu deyib.