Ərini öldürüb quyuda basdırıbmış – 21 ildən sonra üzə çıxdı

0
129

Naxçıvanda 21 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Muxtar Respublikanın Daxili İşlər Nazirliyi, eləcə də Kəngərli Rayon Prokurorluğu və rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat nəticəsində cinayət işinin üstü açılıb.

Kəngərli rayonunun Qarabağlar kənd sakini Həlimə Kərimovanın 2003-cü ilin yaz aylarında ailə münaqişəsi zəminində əri Məhəmməd Kərimovun başından daşla zərbələr endirərək qəsdən öldürməsi və yaşadığı evin həyətindəki su quyusunda basdırmasına əsaslı şübhələr müəyyən olunub.

Həlimə Kərimovanın göstərdiyi yerdə aparılan qazıntı işləri nəticəsində insana məxsus sümüklər aşkar edilərək götürülüb və laborator müayinələrin, o cümlədən ekspert tədqiqatının aparılması üçün təqdim edilib.

Faktla bağlı Kəngərli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.