Paşinyan Rusiyaya meydan oxudu: Ermənilərin Qarabağı tərk etməsində…

0
163

9 noyabr 2020-ci il tarixli bəyanatda Rusiya Federasiyasının Ermənistan ərazisində hər hansı bir şeyə nəzarət edə biləcəyi ilə bağlı heç bir bənd yoxdur.

Bunu fevralın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan Münxendə erməni diasporunun nümayəndələri ilə görüşündə deyib.

“Üçtərəfli bəyanatın 9-cu bəndində deyilmir ki, Rusiya Federasiyası bizim ərazimizdə nəyəsə nəzarət edə bilər. Azərbaycan və Rusiya əslində bu sənədin digər məqamlarını cırıb atıblar. Bəyanatın 9-cu bəndinə istinad artıq aktual deyil, çünki Azərbaycan və Rusiya digər bəndlər üzrə öz öhdəliklərini pozublar. Qalanları işləmədiyi halda bir nöqtə necə işləyə bilər?

Bu gün Dağlıq Qarabağda heç bir erməninin olmaması faktı Rusiya Federasiyasının sülhməramlı kontingentinin məsuliyyətidir, onun vəzifəsi Dağlıq Qarabağın erməni əhalisini qorumaq idi”, – Paşinyan vurğulayıb.