Ermənistan niyə Basarkeçərdən hücuma keçir?

0
92

Ermənistanın sərhədin Basarkeçər-Daşkəsən istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutması iki hədəfə hesablanıb:

Birincisi, bu, Paşinyanın Münxen səfəri ilə bağlıdır: erməni baş nazirin Münxen Təhlükəsizlik Konfransında sərhədlə bağlı “güzgü prinsipi”ni gündəmə gətirəcəyi gözləniləndir və sərhəddə atəşkəsin pozulması onun “təhlükənin reallığını” göstərə bilməsinə hesablanıb.

İkincisi, atəşin məhz Basarkeçərdən açılması erməni əhalisinin etirazlarından qaynaqlandığını deyə bilərik: Ermənistan hakimiyyətinin Basarkeçər də daxil olmaqla sərhəddə bir sıra dövlət qurumlarının bağlanması qərarından sonra yerli əhali bu ərazilərin Azərbaycana təhvil veriləcəyi haqda fikirlər səsləndirir; Nikol son çıxışında bu iddialara qarşı çıxdı və bu istiqamətdə atəş açılması “ərazilərin təhvil verilməyəcəyi” fikrini ispatlamağa hesablana bilər.