Yerdə güclü maqnit fırtınası olacaq, avadanlıqların işində ciddi problem yaranacaq

0
161

Günəş ləkələrinin kütləvi birləşməsi nəticəsində Yerə güclü maqnit fırtınaları gətirə bilər. Belə ki, Günəşin Yer kürəsinə baxan hissəsində “AR3576” adlı nəhəng ləkələrin qrupu meydana gəlib ki, bu da Yer kürəsindən dörd dəfə böyükdür.

Publika.az xəbər verir ki, maqnit fırtınaları genişliyi 200 min kilometr təşkil edir.

Bu ləkələr qrupu ən azı dörd nüvədən ibarətdir ki, onların hər biri Yer kürəsindən daha böyükdür.
Günəş ləkələri onun səthində daha qaranlıq və soyuq bölgələrdir. Bunlarda müşayiət olunan elektromaqnit partlayışlar yarada bilər. Günəş şimşəkləri, maqnit enerjisinin Günəşdə güclü elektromaqnit şüalanması şəklində sərbəst buraxılması nəticəsində meydana gəlir.

ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin (NOAA) alimlərinin sözlərinə görə, “AR3576”, Yer kürəsinə kosmik fırtınalar miqyasında ən güclü maqnit fırtınaları gələ bilər. Bu fırtına Yer kürəsində radio və digər texnoloji avadanlıqların fəaliyətinə ciddi xələl gətirməyə və peyklərin fəaliyyətini pozmağa qadirdir.