“Google” süni intellekt çatbotunun adını DƏYİŞDİRDİ

0
126

Amerikanın texnologiya korporasiyası “Google”, süni intellekt (AI) çatbotunun “Bard” adını “Gemini” olaraq dəyişdirdiyini açıqlayıb.

Bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib .

“Gemini”nin funksionallıq baxımındam “Bard”dan heç bir fərqi yoxdur. Çatbot məlumat axtarmaq, mətn və şəkillər yaratmaq qabiliyyətinə malikdir. Eyni şey e-poçt, cədvəl və digər iş tapşırıqlarını tərtib etməyə kömək edən “Gmail” və “Google Sənədlər” kimi “Google Workspace” tətbiqlərindəki süni intellekt xüsusiyyətlərinə də aiddir.

İstifadəçilər “Android”də “Google Play” proqramlar mağazasında mövcud olan “Gemini”nin pulsuz versiyasından tətbiq kimi yararlana biləcəklər. iOS cihazlarının sahibləri yenilənmiş “Google” tətbiqi vasitəsilə çatbota giriş əldə edəcəklər.

Şirkət həmçinin ayda 20 dollara başa gələn AI-nin daha güclü versiyası olan “Gemini Ultra”ya pullu giriş təklif edir.

“Google” qeyd edib ki, “Ultra” modeli daha uzun söhbətləri dəstəkləməyə və daha çox kontekst təmin etməyə qadirdir, həmçinin proqramlaşdırma və məntiqi problemlərin həlli üçün daha uyğundur.