Dünya irimiqyaslı müharibənin astanasında: Bu regionlarda qanlı savaş olacaq

0
114

Böyük Britaniya hərbi kəşfiyyatının yüksək rütbəli rəsmisi bildirib ki, Böyük Britaniya indi son illərdə heç vaxt olmadığı qədər genişmiqyaslı münaqişəyə daha yaxındır.

Bu barədə “The Guardian” qəzeti məlumat yayıb. Nəşr rəsmidən sitat gətirir: “İrimiqyaslı münaqişə ehtimalı varmı? Bəli, var”.

O qeyd edib ki, 4500 nəfərlik məxfi bölmə son on ildə çox gərgin işləyib.

Məsələni çətinləşdirən həm də odur ki, Britaniyanın 2019-cu ildən bəri üç baş naziri, dörd xarici işlər naziri və iki müdafiə naziri olub ki, bu da məlumatlı qərarların qəbul edilməsini çətinləşdirir.

Britaniya kəşfiyyatının fikrincə, risklər Ukraynada davam edən və genişlənə biləcək münaqişədən qaynaqlanır. O, müasir silahlar hazırlayan və Tayvanla bağlı planlar quran Çin faktorunun da adını çəkib. Vəziyyəti Qəzza zolağında gedən müharibə, həmçinin Yəməndə husilərə, İran və Suriyada İranın dəstəklədiyi silahlılara qarşı əməliyyat daha da gərginləşdirir.

Bundan əlavə, kəşfiyyat rəsmisi şikayət edib ki, Britaniyada müdafiə və xarici siyasət sahəsində vəzifədə olan siyasətçilər beynəlxalq və ya hərbi məsələlərdə az təcrübəyə malikdirlər.