Baş nazirdən elektrik enerjisinin limiti ilə bağlı VACİB QƏRAR

0
165

Nazirlər Kabineti sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddini müəyyən edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddi 5 milyon kilovat/saat və ondan yuxarı müəyyən edilib.

Qərar 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.