Vətən müharibəsi iştirakçılarına bu ölkədən protezlər gətirildi

0
172

“Vətən müharibəsi iştirakçılarına yeni idman protezləri veriləcək”.

Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov deyib.

O bildirib ki, artıq həmin protezlərin testi aparılıb:

“Danimarka istehsalı olan protezlərlə bağlı müqavilə imzalanıb. Artıq həmin protezlər bizə təqdim olunub. Qısa müddət ərzində Vətən müharibəsinin 20 iştirakçısına təhvil veriləcək”.