Azərbaycan BRİKS-lə sərhəd oldu – Ermənistanda Zəngəzur qorxusu artır

0
227

“Kollektiv şüurumuz tarixi faciələrimizin və səhvlərimizin əsasında biz olduğumuzu, ermənilərin dəyişməyə başlamalı olduğunu anlayana qədər və bu ideyaların daşıyıcıları və yayanları olan yeni siyasi hərəkatlar doğulmayana qədər daim məğlubiyyətlərlə üzləşəcəyik”.

B
u barədə Ermənistanda “Alternativ layihələr” qrupunun üzvü Vahe Hovhannisyan deyib.

V.Hovhannisyan Azərbaycan və Ermənistanın gündəmini müqayisə edərək, azərbaycanlıların qələbə ruhuna malik olduğunu bildirib.

“Yeni ilin ilk günlərində Ermənistan və Azərbaycanda ictimai müzakirələrin keyfiyyəti iki ölkədə dövlət ciddiliyinin arasındakı fərqi göstərir. Bizim ictimai gündəmimiz sınmış ruhdur, Bakıda isə yanvarın 1-dən BRİKS-in Azərbaycanla sərhəd olması (İran bu ildən təşkilatın yeni üzvü oldu) müzakirə edilir.

Üstəlik, Rusiya bu il BRİKS-in sədridir. BRİKS dünya iqtisadiyyatının perspektividir, buna görə də ən mühüm siyasi və güc mərkəzi hesab olunur. Ermənistanda nə hakimiyyət, nə də müxalifət strateji müttəfiqlərimiz ola biləcək BRİKS-in sərhədimizə, başqa sözlə, Sünikə (Zəngəzura) çatdığını danışmır. BRİKS ilə, bu təşkilatın pulu ilə Sünikdə və bütün Ermənistanda iqtisadi, infrastruktur layihələrini həyata keçirmək dibə düşmüş çəkimizin artırılması baxımından əhəmiyyətli olardı.

Üstəlik, bu il Ermənistan Avrasiya İqtisadi İttifaqına sədrlik edir. Millət olaraq “duş-duş” oynayırıq, proqramsız, strateji düşüncəsiz elitanın rəhbərliyi altında dövlətçiliyi israf edirik”, – o bildirib.