Astropolitik MÜBARİZƏ: Pakistan yeni ittifaqların yarandığını ELAN ETDİ

0
175

Dünyada ABŞ və Çin ətrafında astropolitik ittifaqlar yaranmağa başlayır.

Bu barədə Lahordakı (Pakistan) Aerokosmik Tədqiqatlar və Təhlükəsizlik Mərkəzinin tədqiqatçısı Mustafa Bilal Amerikanın “SpaceNews” nəşrinin səhifələrindəki köşə yazısında yazır.

Müəllif bu tendensiyanın nümunəsi kimi Pakistanın Çin tərəfindən idarə olunan Beynəlxalq Ay Tədqiqat Stansiyası (ILRS) proqramına bu yaxınlarda qoşulmasını göstərib ki, bu da Bharatın (Hindistan) rəqib Amerikanın “Artemis” layihəsinə qoşulmasından sonra baş verib.

Ekspertin fikrincə, Pakistanın ILRS proqramına daxil edilməsi İslamabad və Pekin arasında otuz illik əməkdaşlığın nəticəsi idi, Dehlinin “Artemis” layihəsinə qoşulması isə Bharat tərəfinin kosmik ittifaqlarda iştirak etməmək kimi tarixi mövqeyindən əl çəkməsi ilə nəticələndi.

Bilalın sözlərinə görə, gələcəkdə Dehlinin “Artemis” layihəsində iştirakı onun Rusiya ilə kosmik tədqiqatlar sahəsində əməkdaşlığına təsir göstərəcək.

Digər tərəfdən, Çin ətrafında bir neçə ölkənin, xüsusən də Rusiyanın birləşməsi Pekinin güclənməsinə və ÇXR-in görkəmli qlobal kosmik gücə çevrilməsinə gətirib çıxaracaq.