Dünyada çaxnaşma: Maska qayıdır

0
181

Dünya 2019-cu ilin sonunda başlayan viruslar dövründən qaça bilmir. Covid-19 peyvəndlər və görülən tədbirlərlə nəzarət altına alınsa da, 5-ci ildir ki, təhlükə olaraq qalmaqdadır.

Covid-19-un Omicron variantının alt variantı olan “JN.1” yayılmağa davam edir. 41 ölkədə görünən “JN.1” Fransa, İsveç, İspaniya və İngiltərə kimi Avropa ölkələrində yayılıb.

ABŞ-dakı yoluxmaların 44 faizindən çoxunun “JN.1” variantı olduğu açıqlanıb. İspaniyada yenidən maskalardan istifadəyə başlanıb.

ÜST “JN.1″i sürətlə yayılmasına görə “nəzərə alınmalı variant” kimi təsnif edib.