Ermənistan Rusiyaya bərə daşımalarını dayandırıb

0
168

Ermənistan Gürcüstanın Poti limanından Rusiyanın Qafqaz limanına bərə daşımalarını bu marşrutun rentabelli olmaması səbəbindən dayandırıb.

Bu barədə respublikanın iqtisadiyyat naziri Vaan Kerobyan mətbuat konfransında bildirib.

“Bəli, bərə bir neçə ay işlədi. Bizim qiymətləndirməmizə görə, o, ixracatçılar və idxalçılar arasında kifayət qədər maraq oyatmadı. Şirkətlər bu bərə daşımalarından yetərincə istifadə etmədilər ki, biz bu marşrutu davam etdirək”, – deyə o qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Kerobyan bəyan etmişdi ki, yüklərin Potidən Kavkaz limanına bərə daşınması Ermənistanın dəmir yolu sistemini Avrasiya İqtisadi İttifaqı ölkələrinin infrastrukturu ilə birləşdirməyə imkan verəcək, Ermənistan iqtisadiyyatının rəqabət qabiliyyətini artıracaq, həmçinin təkcə Rusiya ilə deyil, Belarus və Qazaxıstanla nəqliyyat əlaqələrini yaxşılaşdıracaq.