Qəzzada müharibə nə qədər davam edəcək? – İsraildən rəsmi açıqlama

0
185

“2024-cü il çətin olacaq. Qəzzada müharibə il boyu davam edəcək. Bu dəqiqdir”.

B
u barədə İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi deyib.

Onun sözlərinə görə, Qəzzanın şimalında HƏMAS-ın hərbi sistemi tamamilə məhv edilib: “Bundan sonra əsas hədəf Qəzzanın mərkəzində və cənubunda HƏMAS-ı dağıtmaq olacaq”.

Herzi Halevi qeyd edib ki, İsrailin şimalında evlərini tərk etmiş insanların geri qayıtmasını da təmin edəcəklər.

“Ordu bunu təmin etmək üçün “Hizbullah”a təzyiq edəcək. Əks təqdirdə, yeni bir müharibə başlayacaq”, – o deyib.