2024-cü ildə dünya ölkələrində seçkilər: Harada qarşıdurma, harada sabitlik olacaq?

0
158

2024-cü ildə dünyada bir neçə mühüm seçki kampaniyası keçiriləcək. Onların nəticələri geosiyasi vəziyyətin və ölkələr arasında münasibətlərin necə inkişaf edəcəyini böyük ölçüdə müəyyən edir.

Rusiya Dövlət Humanitar Elmlər Universitetinin Xarici regionşünaslıq və xarici siyasət kafedrasının müdiri, tarix elmləri doktoru Olqa Pavlenko Lenta.ru ilə söhbətində əsas seçki prosesləri ilə bağlı proqnoz verib.

O bildirib ki, ABŞ-da prezident seçkilərinin nəticəsini proqnozlaşdırmaq çətindir. Hazırda ABŞ Konqresində kifayət qədər ciddi müzakirələrə baxmayaraq, respublikaçıların hücuma keçməsinə və Demokratlar fraksiyasının da parçalanmasına rəğmən, Baydenin heç bir şansının olmadığını söyləmək hələ ki, çox tezdir. Hər şey ola bilər. Hələlik Trampdan başqa səsləri geri çəkə biləcək real namizəd yoxdur. Trampla bağlı hekayə də hələ tam aydın deyil. Bir sözlə, məncə, şanslar 50/50-dir”.

Olqa Pavlenkonun sözlərinə görə, Böyük Britaniyada keçiriləcək parlament seçkilərinin nəticələrindən sonra Mühafizəkarlar Partiyasının üstünlüyü çox güman ki, keçmişdə qalacaq.

“Mühafizəkarlar Partiyasının baş nazir kimi irəli sürdüyü bir neçə namizəd heç vaxt ictimai rəy qazanmayıb və çox ciddi tənqidlərə məruz qalıb. Leyboristlərin qalib gəlmək şansı daha çox olacaq”, – deyə politoloq bildirib.

2024-cü ildə bütün Aİ ölkələrində Avropa Parlamentinə seçkilər keçiriləcək. Bu, sayca onuncu səsvermə olacaq. Deputatlar yeni beşillik müddətə seçiləcəklər.

Mütəxəssis qeyd edib ki, Tayvanda keçiriləcək prezident seçkiləri isə dünya siyasəti üçün çox böyük əhəmiyyət kəsb edəcək.

Olqa Pavlenko Postsovet ölkələrində baş tutacaq seçkilər haqqında da proqnozlarını bölüşüb.

Gürcüstanda parlament və prezident seçkiləri keçiriləcək, Azərbaycanda isə vətəndaşlar yeni dövlət başçısını müəyyən etməli olacaqlar. Olqa Pavlenko hesab edir ki, bu kampaniyalara gəlincə, artıq seçicilərin əhval-ruhiyyəsi ilə bağlı nəticə çıxarmaq olar.

Sorğulara görə, gürcü cəmiyyəti Avropa Birliyinə çox güclü meyl edir. Çox güman ki, qərbyönlü qüvvələr növbəti seçkidə də qələbə qazanacaq. Gürcüstan hələ də Aİ və ABŞ-a doğru sürüklənir.

Gürcüstandan fəqrli olaraq Azərbaycanda isə vəziyyət başqadır. Hazırki prezident İlham Əliyevin ölkədə çox ciddi mövqeyi var və Azərbaycan siyasətində kəskin dəyişiklik gözlənilmir. Ən azı xarici konturda belə kəskin əlamətlər yoxdur”, – deyə Olqa Pavlenko bildirib.

Politoloq qeyd edib ki, bu il Rusiyada keçiriləcək prezident seçkilərində də xüsusi dəyişiklik olmayacaq. İndiki dövlət başçısı Vladimir Putin artıq yeni müddətə öz namizədliyini irəli sürüb.