II Qaregindən müharibə çağırışı: Azərbaycana qarşı birləşməliyik

0
150

Bütün ermənilərin katolikosu II Qaregin yenə də müharibə çağırışı edib, Azərbaycana qarşı ərazi iddiası irəli sürüb.

Qaniçən Qaregin Milad xütbəsi zamanı erməniləri Azərbaycana qarşı birləşməyə çağırəb.

“XXI əsrdə xalqımız yenidən itkilər verdi və yeni sınaqlara məruz qaldı, təəssüflər olsun ki, mürəkkəb geosiyasi hadisələr, eləcə də xeyirxahlıq, ədalət və həqiqət yolundan sapmalar səbəbindən bu sınaqlardan çıxa bilmədik”, – katolikos bildirib.

Erməni Apostol Kilsəsinin rəhbəri çətinliklərə və sınaqlara qalib gəlmək üçün qüvvələri birləşdirməyə, inamı itirməməyə, mübarizə aparmağa çağırıb.

“Biz dövlətimizi gücləndirmək üçün canfəşanlıq edəcəyik. Biz birləşməli və Azərbaycanın ekspansionist istəklərinin və təcavüzlərinin qarşısını almaq üçün bütün potensialımızdan istifadə etməliyik”, – katolikos bildirib.

O, cəmiyyətdə süni şəkildə yaradılan maneələri aradan qaldırmağa çağırıb.

“Bizim üçün “artsax” heç vaxt keçmişə çevrilməyəcək. Biz onu qəlbimizdə və ruhumuzda yaşatmağa davam edəcəyik, “artsax” xalqının hüquqlarını qorumaq üçün hər cür səy göstərəcəyik”, – katolikos qeyd edib.

Onun sözlərinə görə, bu məsələdə onlar tək deyil – onları Ermənistan sakinləri və diaspor dəstəkləyir.