Azərbaycanda bank hesablarını hədəf alan virus yayılıb – VİDEO

0
180

2023-cü ilin əvvəlində yaradılan “Chameleon” çox təkmilləşdirilib, hətta onun hazırlanmasında süni zəkadan istifadə olunur.

Virus PİN kodları, eləcə də digər parolları ələ keçirmək üçün barmaq izi və ya üz tanıma funksiyasından istifadə imkanına malikdir.

Bəs zərərli təminat proqramlarından və viruslardan necə qoruna bilərik?

Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, cihazlarda yoluxmanı aşkar etmək və zərərli proqramı silmək üçün antivirus proqramlarından istifadə etmək zəruridir:

“Həmçinin güclü şifrələrdən istifadə etmək, əlavə təhlükəsizlik tədbiri olaraq çoxmərhələli təsdiqləməni aktivləşdirmək tövsiyə olunur. İstifadəçilər öz təhlükəsizliyini qorumaq üçün öncədən xüsusi əhəmiyyət kəsb edən faylları xarici yaddaş qurğularına və yaxud bulud yaddaşına köçürməlidir”.

Qeyd edək ki, “Chameleon” virusu uzun müddət qeyri-aktiv qala bilər. Sonra isə fəaliyyətə keçərək bloku açıb bank tətbiqi vasitəsilə maliyyə vəsaitini mənimsəyir.

Ətraflı Baku TV-nin süjetində: