8 kəndə görə Bakı ilə müharibə ola bilər – Erməni nazirdən şok açıqlama

0
206

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Azərbaycanın işğal altında qalan 8 kəndinin qaytarılmasının mümkün mexanizmlərini açıqlayıb.

E
rməni nazir iki mümkün variantın olduğunu deyib.

“Bu kəndlərin əraziləri dəqiq müəyyən edilməli, hüquqi əsasları dəqiqləşməlidir. Bundan sonra iki proses gedə bilər: ya müharibə, ya da ərazi tənzimlənməsi, yaxud delimitasiya prosesində məsələnin müzakirə edilməsi”, – Sanosyan bildirib.

Qeyd edək ki, Qazaxın 7 kəndi və Kərki kəndi Ermənstan işğalında qalıb.