Siyasi qalmaqaldan sonra İran Rusiya ilə ANLAŞDI

0
140

“2024-cü ilin birinci rübündə Rusiya ilə valyuta sazişi imzalanacaq”.

Bu barədə İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin məlumat verib.

O bildirilib ki, bu, hər iki tərəfə rial və rublla ticarətə imkan verəcək.

“Rusiyaya ixracımızın həcmi idxaldan azdır. Bizim yaxşı tədbirlərimizdən biri də odur ki, gələn ilin birinci rübündə İranla Rusiya arasında valyuta sazişi imzalanacaq, yəni rublla və rialla ticarət etmək mümkündür”, – deyə Fərzin bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı ilə ticari-iqtisadi əməkdaşlığı müzakirə edib.

Xatırladaq ki, Rusiya və ərəb ölkələri İranın Fars körfəzindəki mübahisəli adalar iddiasına etiraz edən birgə bəyanat yaydıqdan sonra Rusiyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb və ona nota təqdim edilib.