Türkiyədə zəlzələdən 324 gün sonra dağıntılar altında cəsəd tapıldı

0
208

Türkiyədə mərkəzi Kahramanmaraş olan 6 fevral zəlzələlərindən ən çox zərər çəkən bölgələrdən biri olan Hatay vilayətində təbii fəlakətdən 324 gün sonra dağıntılar altında cəsəd tapılıb.

Hadisə Defne mahalının Sümerlər məhəlləsində qeydə alınıb.

Bildirilir ki, tapılan cəsədin yalnız sümükləri qalıb. Onun kimliyi DNT araşdırmaları ilə müəyyən ediləcək.