Pis fikirlərdən uzaq olaq

0
272

Çox çətindir, başa düşürəm. Amma gücümüz çatan qədər buna çalışmalıyıq.
Gözəl fikirlərin, gözəl yaşantıların, gözəl günlərin daha çox olduğuna inansaq elədə çətin olmaz.
Həyatda heç bir gözəl yaşantı asanlıqla başa gəlmir.
Dünyamız yaxşılıqla pisliyin mübarizəsindən ibarətdir.
Hələ ki, yaxşılıq ön cərgədədir. Əksini düşünənlər pessimistlərdir.
Həqiqətən əksi olsaydı, dünya çoxdan dağılmışdı.Dünya isə öz gözəllikərini qoruyur, yaşayır və bizi də yaşadır.
Dünyadan köçənlər yaşam imtahanına son verilənlərdir. İtirdiyimiz canlı varlıqların həsrəti də canlı düşüncələrə yol açır.
Amma çox şükürlər olsun ki, Allah bizdən səbrini əskik etmir.
Şükür və səbr həm də gözəl ümidlərin açarıdır.
Həyatımızdakı gözəlliklərin sayı-hesabı yoxdur. Yaxşı əməllərin sayəsində gözəl həyat qururuq.Pis əməllərin, pis düşüncələrin gücü isə bu gözəlliyi məhv etməyə qadir deyil, sadəcə ürək bulandırır.Pis zərbələr məhv etmək gücünə malik deyil, amma yaralayır.Qəlbimiz yaralarla yaşamağa öyrəşmiş artıq. Hər pisliyin arxasında möhtəşəm yaxşılıq durur. Səbr, şükür. ümid bu zamanın yaradıcısıdır. Ən əsası isə sevgi hissinə malik olmaqdır. Dünyanı gözümüzdə gözəlləşdirən də budur. Dünyanın özünə, həyata, insanlara, təbiətə, yaşantılara sevgi bütün hisslərin zirvəsində durur, yaşam qüvvəmizi artırır.
Heç bir zaman, heç bir insanın qəlbindən bu hiss əksik olmasın. O zaman pis fikirlərdən uzaq olmaq da elə də çətin olmaz.

Nə qədər yaxşı düşünsək, yaxşılıqlar etsək, yaxşı insanlarla bir yerdə olsaq,o zaman pisliyə qalib gəlmiş oluruq. Gəlin, hamıya bəlli olan bu amilləri heç zaman unutmayaq.

Sənubər